AZ

İsrail üçün geri sayım başladı – Netanyahunu gözləyən iki sonluq

Fələstinin Qəzza zolağında vəziyyət gündən-günə pisləşir. Düzdür, bölgəyə humanitar yardımlar edililir, amma gərginlik hələ də səngimir, İsrailin təzyiqləri davam edir. Digər tərəfdən, Avropa ölkələrinin məsələyə sərt reaksiyası ilə yanaşı, müsəlman dövlətlərinin prosesə səssiz qalması diqqət çəkir.

Proses necə davam edəcək?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu Qəzzada ölənlərin sayının 60 min nəfərə çatdığını xatırladıb:

"İsraildə fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının belə Qəzzada soyqırım və aclığı elan etdiyi vaxtda müsəlman ölkələri sadəcə şou göstərirlər. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) havadan guya yardım edir, reklam rolikləri çəkirlər, təyyarə ilə paraşüt vasitəsilə Qəzzaya yardım göndərirlər. 2,1 milyon əhaliyə bu şəkildə necə yardım etmək olar? Yardımın yolu açıqdır - Misirlə sərhəd-keçid məntəqəsindən maşınla daşımaq mümkündür. Qəzza ilə bağlı məsələ aydındır. İsrailbu zolağı tam ələ keçirməyi, əhalisinin ən azı yarısını Liviyaya, Efiopiyaya və İndoneziyaya köçürməyi, qalanını isə özünə yaxın silahlı fələstinli radikallar vasitəsilə idarə etməyi planlaşdırır. Qəzzanı birdəfəlik ələ keçirmək Baş nazir Benyamin Netanyahunun planıdır".

kenan

Kənan Rövşənoğlu

Politoloq bildirib ki, BMT-də keçirilən Fələstin dövlətinin yaradılması konfransı ərəblərin "göz boyama" oyunudur:

"İsrailin xarici işlər naziri bildirib ki, Fələstin dövləti yaradılmayacaq. ABŞ ümumiyyətlə, bu konfransa qatılmadığını və artıq tədbirə qarşı olduğunu elan edib. Təl-Əviv, həmçinin ötən həftə Fələstin Muxtariyyəti ərazilərinin ilhaq edilməsinə çağıran qanun qəbul edib. Fikrimcə, Fələstin məsələsi bir mənada finala yaxınlaşır. Ya İsrail tam şəkildə Fələstin dövləti ideyasına son qoyub, öz daxilində fələstinlilər üçün kiçik bir muxtariyyət yaradacaq, ya da proses daha da gərginləşəcək və nəticədə İsrail üçün faciəvi nəticələr doğuracaq. Amma əlbəttə, bu, elə də tez baş verəcək məsələ deyil. Fransa, Almaniya və Böyük Britaniya, həmçinin ərəb dövlətlərinin indiki cəhdləri isə, yəni Qəzzaya ərzaq yardımı göndərilməsi və BMT-də Fələstin konfransının təşkili əslində İsraili qorumaq və müdafiə etmək məqsədi daşıyır. Obrazlı desək, Fələstin-İsrail münaqişəsi "dibə vurur". Bu prosesin sonunda o torpaqlarda bir dövlət olacaq - ya İsrail, ya da Fələstin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr