AZ

Malta sentyabr ayında Fələstin dövlətini tanıyacağını elan edib

Avropada Fələstinə dövlətçilik hüququ verən ölkələrin siyahısına yeni ölkə əlavə edilir.

Fransa prezidenti Emmanuel Makron və İngiltərə baş naziri Keir Starmerin sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını elan etməsindən sonra Malta da bu bəyanatları dəstəkləyib.

Maltanın Baş naziri Robert Abela sentyabrda Fələstin dövlətini rəsmən tanıyacaqlarını açıqlayıb.

"Mövqeyimiz Yaxın Şərqdə davamlı sülh səylərinə sadiqliyimizi əks etdirir ",-deyə Abela bildirib.

Seçilən
0
aznews.az

1Mənbələr