AZ

Yaponiyada 2 milyona yaxın sakin təxliyə edilə bilər

Yaponiyda hakimiyyət Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar ölkənin 2 milyona yaxın sakinini təxliyə etməyi tövsiyə edib.

“İki sahil” xəbər verir ki,  bu barədə “South China Morning Post” Yaponiya Milli İşlər Nazirliyinin yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.

220-dən çox bələdiyyə sakinləri təxliyə ilə bağlı göstəriş alıb.

Səlahiyyətlilər sunami dalğasının hündürlüyü üç metrə çata biləcəyi barədə xəbərdarlıq edir.

ABŞ və Yaponiya Kamçatkada baş verən 8,8 bal gücündə zəlzələ səbəbindən sunami təhlükəsi elan ediblər.

Seçilən
17
ikisahil.az

1Mənbələr