Dünya günə 8,8 bal gücündə zəlzələ ilə başlayıb.
Rusiyanın Kamçatka yarımadası sahillərində 8,8 bal gücündə zəlzələ baş verib.
Bu böyük zəlzələdən sonra heç bir insan itkisi olmasa da, Rusiya, Yaponiya, Meksika, ABŞ-nin Alyaska və Havay ştatları, Sakit Okean sahilləri və Sakit Okean adaları üçün sunami xəbərdarlığı edilib.
Zəlzələdən sonra Rusiya və Yaponiyanın Sakit okean sahillərində, eləcə də Sakit okean adalarında dalğa uzunluqlarının 3 metrə çata biləcəyi bildirilib.