Rusiya, təhlükəsizlik səbəbi ilə Çin istehsalı olan bəzi yük maşınlarının satışını dayandırıb.
News24.az xəbər verir ki, Rosstandart-ın açıqlamasına görə, Dongfeng, Foton, Faw və Sitrak şirkətlərinə yük maşınlarında aşkar edilən əyləc sistemi və təcili yardım çağırış cihazlarındakı nasazlıqlarla bağlı məktub göndərilib.
Şirkətlərə satışın dayandırılması barədə rəsmi bildiriş çatdırılıb. Çinin avtomobil ixracını artırması isə Rusiya bazarında yerli istehsalçılar üçün rəqabəti kəskinləşdirib. Bu vəziyyətdən təsirlənən “Kamaz” şirkəti bir sıra müəssisələrində iş günlərini azaldacağını elan edib.
Xeyrənsə Piriyeva