“Sanderlend” “Bayer”in yarımmüdafiəçisi Qranit Cakanın heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər üç illik müqaviləyə qol çəkiblər.Transferin əsas məbləği 15, əlavə 5 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub.
32 yaşlı futbolçu son mövsümdə Almaniya Bundesliqasında 33 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.