AZ

Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahaşmaqda davam edib.

Aktual.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları və ya 1,7% artaraq 71,51 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,33 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
120
49
ulusum.az

10Mənbələr