Bakının Yasamal rayonunun “Bayırşəhər” adlanan hissəsində Molla Vəli Vidadi küçəsində tarixi abidə ilə bitişik olan bina sökülüb.
Pravda.az xəbər verir ki, bu barədə tanınmış memar Abdul Hüseynov məlumat verib.
O bildirib ki, ərazidə söküntü işlərinə heç bir aidiyyəti qurum, komissiya nəzarət etməyib:
“Komissiya müsahibədən hiddətlənərək tarixi abidə ilə bitişik olan Vidadi küçəsində 37 saylı binanı məhv edir...”
Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi Baş plana görə, həmin ərazi “Xüsusi Mühafizə Zonası”dır.
Görüntüləri təqdim edirik:
Aytəkin Qardaşova
Tarix: 30 İyul 2025, 14:28