AZ

Tacik nazir: Krokusda terror aktı ilə bağlı məhkəmə prosesini izləyirik, lakin iştirak etmirik

Tacikistan Krokusda terror aktı ilə bağlı məhkəmə prosesini izləyir, lakin iştirak etmir.

İnterpress.az xəbər verir ki, bunu Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq naziri Saloxa Xolmahmadzoda deyib.

Tacikistan hakimiyyəti Crocus City Hall konsert zalında terror aktı ilə bağlı məhkəmə prosesini izləyir, lakin onun baxılmasına müdaxilə etmir.

Bildirilib ki, nazirliyin Rusiyadakı nümayəndəliyi vəziyyəti izləyir, lakin prosesdə iştirak etmək səlahiyyətinə malik deyil.

Nümayəndəliyin əsas vəzifəsi Rusiya qanunvericiliyi çərçivəsində Tacikistan vətəndaşlarına əmək miqrasiyası məsələlərində yardım göstərmək və onların hüquqlarının müdafiəsini təmin etməkdir.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
22
interpress.az

1Mənbələr