Bakı. Trend:
Bu gün Yaponiyada ölkədə hidrometeoroloji müşahidələrinaparılmağa başladığı vaxtdan bəri ölkə tarixinin ən isti günü qeydəalınıb.
Trend bu barədəölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, rekord hərarət Hyoqo prefekturasının Tambaşəhərində qeydə alınıb. Belə ki, termometrlərin şkalası 41,2 dərəcəselsini göstərib. Buna qədər ən yüksək temperatur göstəricisi2018-ci ildə Saitama prefekturasında qeydə alınmışdı (41,1 dərəcəselsi).
Hərarət dalğası ilə əlaqədar Yaponiyanın 47 prefekturasından33-də həyəcan təbili çalınıb. Yerli hökumət vətəndaşları imkandaxilində sərin məkanlarda qalmağa, çoxlu maye və duzlar qəbuletməyi, bayırda işləyən zaman müntəzəm fasilələr götürməyəçağırıb.