AZ

“MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edildi - FOTO

İyulun 19-21-də “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində fəal iştirak edən bir qrup “MEDİA Könüllü”sü təşəkkürnaməyə layiq görülüb.

Bu barədə Redaktor.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, təşəkkürnamələri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim edərək, könüllülərin Forumun uğurla keçirilməsində göstərdikləri əzmkarlıq, peşəkarlıq və məsuliyyətli yanaşmanı yüksək qiymətləndirdiyini bildirib.

Könüllülər isə Forumla bağlı öz təəssüratlarını bölüşüb, gördükləri işlər barədə məlumat veriblər. Sonda isə “MEDİA Könüllü”lərinə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirak etdiyi 3-cü Şuşa Qlobal Media Forumunda iştirakçılar üçün müxtəlif beynəlxalq layihələrin təqdimatı, sərgilər, mədəni tədbirlər baş tutub, çoxsaylı əməkdaşlıq müqavilələri imzalanıb.

2222222
Seçilən
47
19
redaktor.az

10Mənbələr