AZ

Bakının bu ərazisində avtobus xətləri dayandırıldı

Xəzər rayonu Binə qəsəbəsində mərkəz istiqamətdə fəaliyyət göstərən maşurut xətti işləmir. Buna görə də sakinlər uzun yolu piyada getmək məcburiyyətində qalırlar. 

Gundem.az Milli.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, insanlar gündəlik olaraq Binə mərkəzə gedib-gəlmək üçün taksi istifadə edirlər. Bu da baha başa gəlir: "Taksi 4 manat edir. Hər gün bu məbləği verməyə gücümüz çatmır. Avtobus hansı səbəbə işləmir bizə bildirmirlər. Bir azdan məktəb açılacaq. Uşaqlar necə gedib gələcək bəs?"

Məsələ ilə bağlı AAYDA-ya sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazi təhlil edilib. Yeni avtobuslar müsabiqəyə təqdim olunub. Tələbat müəyyən edilən ərazilərə əlavə xətlər buraxılacaq. Amma nə vaxt buraxılması isə məlum deyil.

Seçilən
24
9
gundem.az

10Mənbələr