BAKI, 30 iyul. TELEQRAF
“ABŞ iqtisadiyyatı və milli təhlükəsizliyi üçün vacib hesab edilən mineralların demək olar ki, yarısı Qazaxıstanda yerləşir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Qazaxıstandakı səfiri vəzifəsinə namizəd Culi Staff deyib.
“Qazaxıstan bizim üçün təkcə biznes tərəfdaşı kimi deyil, həm də qiymətli faydalı qazıntılar sahəsində də önəmlidir. Bu, təkcə ticarət siyasəti məsələsi deyil, bu, milli təhlükəsizlik məsələsidir”, - diplomat bildirib.
C.Staff xatırladıb ki, Qazaxıstan uran, litium, mis, sink və nadir torpaq elementləri kimi ABŞ və qlobal iqtisadiyyatlar üçün vacib olan təbii ehtiyatlarla zəngindir.