AZ

Əməliyyat zamanı 8,8 bal gücündə zəlzələ oldu: Xəstənin başından ayrılmadılar

Rusiyada 8,8 bal gücündə baş verən zəlzələ zamanı cərrahiyyə əməliyyatı aparan tibb işçiləri həyəcana  baxmayaraq xəstəni tərk etməyiblər. Üç həkim əməliyyat masasına sarılaraq xəstəni qoruyub. O anlar təhlükəsizlik kamerası görüntülərində də  əks olunub.

Sherg.az xəbər verir ki, Rusiyanın Kamçatka sahillərində baş vermiş 8,8 bal gücündə zəlzələ əməliyyat zamanı cərrahların işlədiyi bir əməliyyat otağını da yaxalayıb. Zəlzələ anına dair təhlükəsizlik kamerası görüntüləri sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.

Zəlzələ başladığı anda əməliyyat davam edirdi. Üç həkim sarsıntıya baxmayaraq xəstəni tərk etmədi. Masanın ətrafında birləşən tibb işçiləri, əməliyyat halında olan xəstəni qorumaq üçün bədənləri ilə əsl sipər oldular.

Əməliyyat otağındakı komanda, tavandan düşə biləcək əşyalara qarşı həm özlərini, həm də xəstəni qorumağa çalışdı. Tibbi cihazların aşma riski artsa da, həkimlər əməliyyatı yarımçıq saxlamamaq üçün soyuqqanlılıqlarını qorudular.
Seçilən
8
sherg.az

1Mənbələr