AZ

"Labubu" uşaqlarda aqressiya yaradır - XƏBƏRDARLIQ

Son aylarda "Labubu" adlı yumşaq oyuncaq sürətlə trendə çevrilib. Sosial şəbəkələrdə yüzlərlə insan bu oyuncaqlarla şəkillər paylaşır, hətta kolleksiya toplayır. Maraqlıdır ki, bu maraq yalnız uşaqlarla məhdudlaşmır, böyüklər arasında da “Labubu”ya qarşı emosional bağlılıq müşahidə olunur.

Maraqlıdır, trend olaraq başlayan bu dalğanın emosional və psixoloji səbəbləri nədir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan psixoloq Vüsalə Əmiraslanova bildirib ki, son vaxtlar uşaqlar, gənclər və yeniyetmələr arasında "Labubu" oyuncağına maraq artıb: "Əlbəttə ki, buna marağın artması çox satışın olması, çox reklamların getməsi və s. təsir göstərir. Amma bir psixoloq olaraq mən hər zaman bununla bağlı öz fikrimi bildirmişəm ki, uşaqlarda aqressiya yaradır. Gənclər üçün mənası olmayan bir aksesuardır. Çünki orada heç bir məna yoxdur. Oyuncaq kimi oyuncaqdır, amma üzündə aqresiya var. Ağzı çox böyükdür, gözləri böyükdür. Uşaqlarda məsələn, qorxu, həyacan, təşviş yarada bilir.

Bəzən oynayırlar, amma sonra yuxularına girir, uşaqlarda gecə kabusları yarada bilir. Amma gənclər və böyüklərdə isə sadəcə uşaqlara təsir edə biləcək bir mexanizm yaradır. Məsələn, bir gənc bunu oynadırsa, əlində saxlayırsa, onun evində balaca bir uşaq varsa, o da ona baxır və maraq göstərir. Bir gənc üçün, böyük üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki bu, artıq onun üçün xüsusi bir aksesuar deyil. Sadəcə, qonşudan qalma geri məsələsi var ki, "hər kəsdə var, bizdə də olsun, dəbdir". Amma əlbəttə ki, burada əsas məsələ, aqressiya yayması və uşaqlarda qorxu yaratmasıdır".

Həmidə İbrahimova

Seçilən
14
olke.az

1Mənbələr