AZ

Sürücü sükan arxasında yuxuladı: qəza baş verdi (VİDEO)

Bakı. Trend:

İyulun 28-də saat 14:44 radələrində Bakı-Qazax magistral yolunun380-ci kilometrliyində sürücünün sükan arxasında yuxulamasısəbəbindən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən xəbərəgörə, ilkin araşdırmalar və sürücünün verdiyi məlumatlar əsasındamüəyyən edilib ki, “Mercedes” markalı, “77-DH-906” dövlət qeydiyyatnişanlı nəqliyyat vasitəsini idarə edən H.Nəbiyev sükan arxasındayuxulaması səbəbindən idarəetməni itirərək avtomobili betonarakəsməyə çırpıb.

Bildirilib ki, baş vermiş bu qəza nəticəsində ölüm halınınolmaması tamamilə təsadüfdür.

“Çünki belə qəzaların böyük əksəriyyəti bir çox hallarda ölüm vəya ağır xəsarətlə nəticələnir. Unutmaq olmaz ki, yol belə səhvləribağışlamır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki,uzunmüddətli fasiləsiz hərəkət və yuxululuq halları sükan arxasındahəyati təhlükə yaradır.

Unutmayın: sükan arxasında bir anlıq yuxu geri dönüşü olmayannəticələrə səbəb ola bilər”, - deyə məlumatda qeyd edilib.

Seçilən
6
13
az.trend.az

10Mənbələr