AZ

Osimhenin transferi ''Qalatasaray''ı iki yerə bölüb

Viktor Osimhenin transferi ''Qalatasaray'' camiəsində bir nömrəli gündəm mövzusu olmaqda davam edir. Çempionlar Liqası üçün çox iddialı bir heyət qurmaq istəyən rəhbərlik bütün diqqətini yalnız bu transferə yönəldib.

''Napoli'' rəhbərliyi isə belə desək, məsələni yoxuşa sürmək üçün əlindən gələni edir. ''Qalatasaray'' tələb olunan 75 milyon avro ilə bağlı son təklifini irəli sürüb. Türkiyə çempionu 40 milyon avronu nəğd, qalan 35 milyon avronu isə 2 il ərzində ödəməyi təklif edib. ''Napoli'' isə müqaviləyə gah ''Osimhen qarşıdakı 3 il ərzində heç bir İtaliya klubuna satılmamalıdı'' şərtini irəli sürür, gah da sonrakı satışdan pay tələb edir. Ancaq ''sarı-qırmızılar'' bu tələblərin hamısını geri çevirdiyindən transfer uzanır. Bu arada Osimhenin yaxın dostu, eləcə də Afrika futbolu üzrə insayderlərdən olan Buçi Laba yaranmış vəziyyətlə bağlı sərt ifadələr işlədib. O, öz səhifəsində bunları yazıb:
''Napoli'' yenə Osimhenə qarşı keçən yay etdiyi hərəkəti təkrar edir. Qəsdən onu əsəbləşdirməyə və psixoloji durumunu gərginləşdirməyə çalışırlar. Bu mənzərəni izləmək məni çox üzür. Çünki Osimhen bütün bunlara layiq deyil. ''Napoli'' prezidentinin yaxşı insan olmadığını eşitmişdim. Amma bu qədərini də gözləmirdim. Bu, açıq-aşkar qarşındakı insana pislik etməkdi''.

Bu məsələ artıq ''Qalatasaray'' camiəsini iki yerə bölməyə başlayıb. Həm fanatlar, həm də idarə heyətinin üzvləri arasında fikir ayrılığı yaşanır. Yönəticilərin bəzilərinin fikrincə, klub artıq bu məsələdə əlindən gələni edib və bu olay camiəyə ziyan vurmağa başlayıb. Çünki ''Qalatasaray'' digər transferlərdə gecikir. Güclənməyə ehtiyac duyan başqa mövqelər də var.

Amma yönəticilər arasında ''Osimhenin transferi üçün çox çabaladıq, bu saatdan sonra bu transferdən vaz keçsək, fanatların böyük etirazı ilə üzləşəcəyik'' düşüncəsində olanlar da az deyil. Artıq bütün diqqətlər başqan Dursun Özbəkə yönəlib. Osimhenin transferində son sözü məhz o söyləyəcək.
Seçilən
20
football-plus.az

1Mənbələr