Xaricdə təhsil almış daha 46 nəfərin diplomu tanınmayıb.
Bu barədə Gundem.az-a TKTA-dan məlumat verilib. Bildirilib ki, diplomunun tanınması üçün iyun ayı üzrə müraciət edən 613 nəfərdən 567-si barədə müsbət qərar verilib. 46 nəfərin isə müraciətinə mənfi rəy verilib.
Qeyd edilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə səbəb tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, nümunəli olmayan diplom, təhsilalma forması, akkreditə olunmamış ali təhsil müəssisəsi, kollec diplomu ilə bakalavriat uyğunsuzluğu, ekvivalenti olmayan ixtisas və ixtisas uyğunsuzluğunun olmasıdır.
Ölkələr üzrə isə diplomların tanınması üçün ən çox müraciət Türkiyədən (155), Rusiyadan (152) və Ukraynadan (144) olub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, bunlar hüquqşünaslıq və yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarıdır.