AZ

Tovuzda yol qəzası oldu - İki nəfər ağır xəsarət aldı

TOVUZ, 30 iyul. TELEQRAF

Gədəbəy sakinləri Tovuz rayonunda qəzaya düşüblər.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, "Chevrolet" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Gədəbəy rayon sakinləri 1968-ci il təvəllüdlü Aslan Süleymanov və onun həyat yoldaşı 1973-cü il təvəllüdlü Kəmalə Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
18
teleqraf.com

1Mənbələr