AZ

Bill Qeytsin super yaxtası satışa çıxdı: Qiymət dodaq uçuqladır

Milyarder Bill Qeytsə aid olduğu deyilən 118,8 metr uzunluğundakı super yaxt rekord qiymətə satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, ekoloji təmizliyə dəstəyi ilə tanınan Qeytsin ailəsi və dostları ilə istirahət etmək üçün tikdirdiyi yaxtada basketbol meydançası, çimərlik klub tipli sonsuzluq hovuzu, 15 kabin, helikopter eniş sahəsi və hətta xüsusi xəstəxana var.

"Breakthrough" adlı yaxtada həmçinin bir neçə kitabxana, kinoteatr, bir neçə jakuzi var və ilk hidrogenlə işləyən "xalis sıfır" (net zero) super yaxta kimi təqdim olunur.

Ultra lüks gəmi sentyabr ayında Monako Yaxta Sərgisində satışa təqdim olunacaq. Bu böyük lüksə görə Qeytsin istədiyi məbləğ 645 milyon dollardır. Digər tərəfdən, Qeytsin yaxtanın hazır olduğu andan etibarən onu heç istifadə etmədiyi və buna görə də satışa çıxardığı barədə danışılır. 

Qeyts tərəfindən isə rəsmi açıqlama yoxdur və o, yaxtanın özünə aid olduğunu heç vaxt etiraf etməyib. Bəlkə də məhz buna görə yaxtadan heç istifadə etmədiyi, əks halda istehsalı zamanı böyük etirazlara səbəb olan super yaxtanın sahibi olduğunun məlum olmasından çəkindiyi də vurğulanır.

Digər tərəfdən, dizaynı və tikintisi beş il çəkən yaxta sərgidə iştirak edəcək ən böyük yaxta olacaq. 15 kabində 30 qonaq yerləşdirmək imkanı olan yaxtada 43 nəfərlik ekipaj xidmət edə bilər.

İstehsalçı firma isə yaxtanın yalnız maye hidrogen və yeni nəsil yanacaq hüceyrə sistemi ilə işləməsi səbəbindən "hər şeyi dəyişəcək yaxta" olacağını bildirir. Hidrogen yanacaq hüceyrələri həm raketlərdə, həm də avtomobillərdə istifadə olunur, lakin gəmiçilik sənayesində hələ belə bir şey yoxdur. Sıxılmış maye hidrogen göyərtə altında -253°C temperaturda saxlanılır və proses zamanı ayrılan istilik, hovuz və buxar otağı kimi sahələrin yanında qonaq otaqlarındakı dəsmal asqıları və döşəmələri isitmək üçün istifadə olunur.

Paşa Məmmədli
 

Seçilən
31
valyuta.az

1Mənbələr