
Gürcüstanda müxalif Vahid Milli Hərəkat Partiyasının siyasi şura üzvü saxlanılıb.
Reyting.az xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Vahid Milli Hərəkat Partiyasının siyasi şura üzvü Laşa Tsanavanın dələduzluq ittihamı ilə saxlandığını bildirib.
Açıqlamaya görə, Tsanava bir əcnəbiyə Gürcüstanda yaşayış icazəsi almağa kömək edəcəyini vəd edib və bunun üçün may-iyun aylarında üç tranşla 5600 dollar alıb.
Dövlət Təhlükəsizliyi Xidmətindən bildiriblər ki, əllərində cinayətlə bağlı audio və video sübutlar var. İstintaq Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan 180-ci maddəsi ilə aparılır.
Partiya sədri Tina Bokuçava partiya yoldaşının həbsini “Milli Hərəkat”ın reytinqinin yüksəlməsi ilə əlaqələndirib.
Partiyanın yaradıcısı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bir gün əvvəl bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti partiyanın siyasi şurasının sədri Levan Xabeişvilini silahlı çevrilişə cəhddə ittiham etməyi və bununla əlaqədar partiya rəhbərliyindən bir neçə nəfəri saxlamağı planlaşdırır.
ELÇİN