İtaliyanın xarici işlər naziri və baş nazirinin müavini Antonio Tayani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.
“Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Rusiya Federasiyasının İtaliyadakı səfirini çağırıb, onun respublika Prezidenti Sercio Mattarella və İtaliya Respublikasının digər rəsmilərinin “rusofoblar” siyahısına daxil edilməsinə etiraz edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Tayani dövlət başçısının bu siyahıya daxil edilməsini ölkəyə və İtaliya xalqına qarşı təxribat hesab edir.
Nurlana ƏhmədovaMissiya.Az