AZ

Rusiyanın səfirini çağırıb irad bildirdilər: Bu siyahıya görə

Rusiyanın Romadakı səfiri Aleksey Paramonov respublika prezidenti Serco Mattarellanın “rusofoblar siyahısı”na salınması ilə əlaqədar İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Rusiya Federasiyasının İtaliyadakı səfirini çağırıb. Ona respublika prezidenti Serco Mattarella və İtaliyanın digər rəsmilərinin “rusofoblar siyahısı”na daxil edilməsinə görə etiraz edib”, - məlumatda deyilir.

Seçilən
17
publika.az

1Mənbələr