Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə axtarışa verilib. Lakin diaspor rəhbəri barəsində konkret hansı maddə üzrə axtarış aparıldığı qeyd olunmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya məhkəməsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.