İtaliyanın xarici işlər naziri və Baş nazirinin müavini Antonio Tayani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.
Viral.az/” target=”_blank”>Viral.az TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya XİN-in məlumatında deyilir.
Qeyd olunub ki, bu, “Prezident Sercio Mattarellanın və İtaliya Respublikasının digər rəsmilərinin iddia olunan rusofoblar” siyahısına daxil edilməsi ilə bağlıdır.
Son Yazılar:
- Rusiya səfiri İtaliya XİN-ə çağırıldı
- Fransız Polineziyasında sunami təhlükəsi elan edildi
- Elçin Məsiyev UEFA-dan təyinat aldı
“Nazir Tayani dövlət başçısının bu siyahıya daxil edilməsini ölkəyə və İtaliya xalqına qarşı təxribat hesab edir və Prezident Mattarella ilə institusional və şəxsi həmrəyliyini ifadə edir”, – mətndə bildirilib.
Xatırladaq ki, daha əvvəl Rusiya XİN-in saytında RF-yə qarşı “nifrət dili”ndən istifadə edilməsi və xarici ölkələrin siyasətçiləri və ictimai xadimlərinin rusofob bəyanatları ilə bağlı nümunələr dərc edilmişdi.