AZ

ABŞ-də onlarla ravvin saxlanılıb | VİDEO

AzVision.az xəbər verir ki, İsrailin rusdilli “Details” nəşri belə məlumat yayıb.

Etirazçılar Cənubi Dakota ştatından seçilmiş senatorun Con Tyunun ofisinə daxil olaraq,“Ravvinlər deyir: Həyatı qoruyun!”“Ravvinlər deyir: “Blokadanı dayandırın!” yazılmış plakatlar açıblar və oturaq aksiya keçiriblər. Bundan sonra Kapitoli polisi aksiyanın bütün iştirakçılarını həbs edib.

Saxlanılan ravvinlər son iki ayda 750-dən çox ravvin və 100-dən çox sinaqoq və yəhudi təşkilatı da daxil olmaqla, 23500-dən çox yəhudidən imza toplayan “Yəhudilər Qəzzada İnsanlara Qida Yardımı uğrunda” (Jews for Food Aid for People in Gaza) hərəkatı ilə əlaqəlidirlər.

Bir gün əvvəl İsrailin Nyu-Yorkdakı Baş Konsulluğu qarşısında “T'ruah və Nyu-York Yəhudi Gündəmi” hərəkatlarının təşkil etdiyi etiraz aksiyası zamanı daha səkkiz ravvin həbs olunub. Onların hamısı humanitar yardımın artırılmasını, müharibənin dayandırılmasını və bütün girovların azad olunmasını tələb edirdi.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
2
azvision.az

3Mənbələr