AZ

Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

İtaliyanın xarici işlər naziri və baş nazirinin müavini Antonio Tayani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağırıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İtaliya XİN-in bəyanatında məlumat verilir.
Məlumata görə, bu, "İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və digər rəsmi şəxslərin iddia edilən "rusofoblar" siyahısına salınması" ilə bağlıdır.

"Nazir Tayani dövlət başçısının bu siyahıya daxil edilməsini ölkəyə və İtaliya xalqına qarşı təxribat hesab edir və Prezident Mattarella ilə institusional və şəxsi həmrəyliyini ifadə edir", - deyə mətndə bildirilir.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN-in saytında Rusiyaya qarşı "nifrət dili"ndən istifadə edilməsi və xarici ölkələrin siyasətçiləri və ictimai xadimlərinin "rusofob bəyanatlar"ı ilə bağlı nümunələr toplusu dərc edilmişdi.
Seçilən
32
10
sherg.az

10Mənbələr