Yay aylarında artan temperaturla birlikdə bədənin su və vitamin-mineral ehtiyacı da yüksəlir.
Pravda.az bildirir ki, bu dövrdə təravətli və su tərkibli meyvə-tərəvəzlər həm sağlam qidalanmanı dəstəkləyir, həm də susuzluğu azaldır.
Qarpız, şaftalı, üzüm kimi meyvələr və pomidor, yaşıl lobya, bibər kimi tərəvəzlər A, C, K və B vitaminləri ilə yanaşı kalsium, kalium və maqnezium kimi minerallarla zəngindir.
Lifli tərkibləri sayəsində həzm sistemini dəstəkləyir, bağırsaq sağlamlığını gücləndirir və toxluq hissi yaradır. Salat və yüngül yeməklərlə istehlakı tövsiyə olunur.
Yay meyvələri təbii və dərmansız yetişirilsə, həm dadlı, həm də sərinləşdirici təsiri üstünlük təşkil edər. Çiyələk, gilas, böyürtkən kimi meyvələrlə hazırlanan soyuq içkilər və qəlyanaltılar yay istisində bədənə rahatlıq bəxş edir.
Əminə Bayramova