AZ

Tacikistan Prezidenti İran XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Tacikistan Prezidenti Emoməli Rəhmon İranın xarici işlər naziri Abbas Əraqçını qəbul edib. 

Missiya.Az xəbər verir ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri, eləcə də regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər müzakirə olunub. 

Bildirilib ki, Əraqçinin Tacikistana səfəri çərçivəsində ölkənin bir sıra yüksək vəzifəli rəsmiləri ilə də görüşləri planlaşdırılıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr