AZ

Pezeşkian dost ölkələrin adını çəkdi: Ermənistan siyahıda yoxdur

İran prezidenti Məsud Pezeşkian dünən keçirdiyi müşavirədə qonşu ölkələrlə münasibətlər barəsində çıxış edib.

O, qonşu ölkələrlə yaxşı əlaqələr qurulmasının vacibliyini qeyd edib.
O ddeyib:  “Region ölkələri ilə münasibətlərdə gərək açıq ürəklə müştərək xüsusiyyətlərə istinad edək və yanaşmalardakı ixtilafları, baxış fərqlərini kənara qoyaq. Qonşu ölkələr və region dövlətləri arasındakı birlik bizim hamımızı çox güclü edər. Gərək qonşu ölkələrlə, o cümlədən Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan, İraq və Körfəz ölkələri ilə əlaqələrimizi gücləndirək. Əgər qonşu dövlətlərlə münasibətlərimizi islah etsək, böyük işlər görə bilərik”.
Maraqlı məqam odur ki, Pezeşkian bu siyahıda Ermənistanın adını çəkməyib. Bu isə İrandakı bəzi qrupları hərəkətə keçirib. Hətta İrandakı erməni diasporu da Pezeşkiana müraciət ünvanlayıb. Ermənilərin “Hur” Mərkəzi məqalə yazaraq, “yeganə xirstian dövlət olan Ermənistan qonşumuz deyilmi?” sualını ünvanlayıb.
İrandakı ekspertlər isə bildirirlər ki, Pezeşkianın Ermənistanın adını çəkməməsinin əsas səbəbi ABŞ-la çox yaxınlıq edərək, onların qoşunlarını sərhəddə gətirmək fikrində olması ilə bağlıdır.
Seçilən
6
1
yenilik.az

2Mənbələr