Rusiya Dövlət Dumasındakı “Ədalətli Rusiya – Həqiqət Uğrunda” partiyasının lideri Sergey Mironov TASS-ın sabiq birinci baş direktor müavini Mixail Qusmanın dövlət təltiflərindən məhrum edilməsini təklif edib.
Mironov Telegram kanalında prezidentə yalnız mükafat təqdim etmək yox, həm də onları geri almaq hüququ verilməsi üçün Rusiya Konstitusiyasına dəyişiklik edilməsini də təklif edib.
İyulun 24-də baş nazir Mixail Mişustin 1999-cu ildən vəzifədə olan Qusmanı TASS-dakı postundan azad etmişdi. Sənəddə səbəblər göstərilməmişdi.
Mironov daha əvvəl də Azərbaycan tərəfindən düşməncəsinə qiymətləndirilən bəyanatlarla çıxış edib.
N.Təbrizli