Azərbaycanlı hakim Elçin Məsiyevə yeni təyinat verilib.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı referi UEFA superkubokunun PSJ - "Tottenhem" oyununda 4-cü hakim olacaq. Oyunun əsas hakimi portuqaliyalı Joao Pedro Silva Pineyrodur.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Görüş avqustun 13-də baş tutacaq.
Əlavə edək ki, bu qarşılaşma Çempionlar Liqasının çempionu ilə Avropa Liqasının qalibi arasında oynanır.