AZ

“Yarım tonluq qatil” ÖLDÜ – FOTO

400 kiloqram arıqlayan, lakin dadlı yemək həvəsinə hələ də qalib gələ bilməyən Mayra Rozales ölüb.

İnterpress.az xəbər verir ki, 43 yaşlı Texas sakini dünyanın ən ağır qadınlarından biri kimi tanınırdı. Onun çəkisi 500 kiloqrama çatırdı. Amerikalı fast food, kola və şirniyyatları çox sevirdi.

Onu qatil adlandırırdılar, çünki 2008-ci ildə bacısı tərəfindən törədilən qardaşı oğlunun qətlində günahı öz üzərinə götürmək qərarına gəlib.

Sonra uşağı təsadüfən əzdiyinə dair yalan danışmağa qərar verib. Çünki o, belə çəkidə bir insanın həbsxanaya göndərilə bilməyəcəyinə inanırdı.

Əslində, uşaq Mayranın bacısı tərəfindən döyülərək ölüb. Həqiqət ortaya çıxanda 15 il həbs cəzasına məhkum edilib.

Mayra bu hadisədən sonra arıqlamaq qərarına gəlib və “Mən 300 kiloqram çəkidəyəm” şousunda iştirak edib.

Arıqladıqdan və dəri götürmə əməliyyatları keçirdikdən sonra qadın 90 kiloqram çəkidə olub.

Ulduz olub, varlanıb və hətta “Qoy danışsınlar” şousu üçün Rusiyaya gedib. Lakin bir neçə ildən sonra Mayra yenidən fast food yeməyə başlayıb və 300 kiloqrama çatıb.

Məlumata görə, bundan sonra onun ürəyi bu çəkiyə tab gətirməyib və dayanıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
15
interpress.az

1Mənbələr