Bəzi daşınmaz əmlak eksperti açıqlamalarında vurğulayıb ki, həyət evlərinə çıxarışlar təmin olunarsa, bu, əmlak bazarında on minlərlə evin ucuzlaşmasına səbəb olacaq.
Məsələyə aydınlıq gətirmək üçün Tribunainfo.az-a açıqlama verən daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, evlərin bahalaşmasının səbəbi, kökü bu məsələ deyil. Kökü odur ki, tikinti şirkətləri son illər ərzində satışa çıxardıqları əmlakların sayı 10 dəfə azalıb. 2016-2017-ci illə bu günü müqaisə etsək, həmin illərdə orta hesabla şəhərdə tikinti şirkətləri tərəfindən satışa çıxarılan mənzilin həcmi ilə indiki arasında 10 dəfə fərq var.
E. Azadovun sözlərinə görə, əgər o vaxt şəhərdə təxminən 90-100 dənə tikinti şirkəti bina tikirdisə, mənzilləri satışa çıxarırdısa, indi sayı daha da azdır. Yəni, rəqabətin olmaması səbəbindən tikinti şirkətləri son beş il ərzində dayanmadan qiymət artımı ediblər. Bazarda qiymətlər də getdikcə artıb. Daşınmaz əmlak sektorunda qıtlıq yaranıb. Onların da bir qismi son illər ərzində ipoteka predmeti olduğuna görə, 15-20 il İpotekada qaldığına görə, təkrar satışa çıxarılmır. Bu baxımdan qıtlıq daha da qəlizləşib. Tək ilkin bazar yox, ikinci əl bazarda da vəziyyət eynidir.
Ekspert çıxış yolu ilə bağlı qeyd edib ki, tikinti şirkətləri aktivləşməli, onlar üçün şəffaflıq yaradılmalıdır. Eyni zamanda böyükhəcmli inşaat layihələr həyata keçirilməlidir. Son illər ərzində məhdudiyyət qoyulmuşdur ki, Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən. Artıq gözlənilir ki, 2016-cı ildə onların sayı getdikcə çoxalacaq. Çoxalarsa, rəqabət artar, bazarda qiymətlər stabilləşər. Düşünürəm ki, şərti olaraq 1 ildən sonra tikinti şirkətlərinin aktivliyi artsa, bir çox leqallaşma işləri sənədsiz evlərlə bağlı aparılsa, sözsüz ki, ikisi birlikdə bazara az-çox təsir edə bilər. Hansı vaxtdan başlayacaq və pikə çatacaq barədə hələ heç nə demək olmur.
Dəniz Pənahova