Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 15 ölkənin XİN rəhbərləri Fələstin dövlətinin tanınması prosesini dəstəkləyiblər. Məsələ ilə əlaqədar Nyu-Yorkda kofrans keçirilib. Fransanın Xarici İşlər Nazirliyi ölkələrin birgə bəyanatını yayıb.
Bəyannamədə deyilir: "Biz, Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sloveniya və İspaniyanın xarici işlər nazirləri ölkələrimizin Fələstin dövlətini tanımağa hazır olduğunu və ya bu məsələyə müsbət yanaşdığımızı bildiririk".
Bəyannamədə münaqişənin həlli üçün ikidövlətli quruluşun tanınmasının mühüm addım olduğu qeyd edilir və digər dövlətlər də bu çağırışa qoşulmağa dəvət edilir.
Nazirlər Fələstinin tanınması məsələsinin BMT Baş Assambleyasının 2025-ci ilin sentyabrında keçiriləcək 80-ci sessiyasında müzakirə ediləcəyini qeyd ediblər.
Hürr Tərcüman