Azərbaycanda yaşayış binaları inşaa edən “Kristal Bakı” ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 32/24 ünvanında 25 avqust 2025-ci il tarixində, saat 15:00-da Səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az bu barədə Şirkətin açıqlamasına istinadən xəbər verir.
İclasın gündəliyinə “Kristal Bakı” ASC-nin hər birinin nominal dəyəri 20.000 manat olan 500 ədəd adlı, faizli, sənədsiz, təmin edilməmiş istiqrazlarının kütləvi təklif üsulu ilə buraxılışı məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, şirkət 2020-ci ildə təsis edilib və 1 mln. manat nizamnamə kapitalı var. Onun səhdarları Vəliyev Pərviz Ağalar oğlu (50%), Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğludur (25%).