"Bərəkət" ASC-nin ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, ASC-nin ümumi yığıncağı 11 sentyabr tarixində, saat 11:00-da Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən inzibati binasında keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
Cəmiyyətin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatın təqdimatı;
Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
Ümumi yığıncaq, Müşahidə Şurası, icra orqanı və təftiş komissiyası haqqında əsasnamələrin təsdiqi;
Müşahidə Şurasının, icra orqanının və təftiş komissiyasının (müfəttişin) yenidən seçilməsi;
Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi ilə bağlı müzakirələr;
Digər təşkilati məsələlərin həlli.
Qeyd edək ki, "Bərəkət" ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 93 970,4 manat təşkil edir. Hüquqi təmsilçisi Niyaz Fərhad oğlu Həsənovdur.
Şirkətin vergi orqanları qarşısında 2 429,81 manat məbləğində borcu mövcuddur.
Mayya Hüseynova