Məlum olduğu kimi Kamçatka sahillərində 8,7 bal gücündə zəlzələ baş verib.
AzPost bildirir ki, bu, 1952-ci ildən bəri Kamçatka seysmik fokus zonasında ən güclü zəlzələ olub.
Kamçatkada baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
Zəlzələ zamanı Kamçatkada xəstəxanada çalışan həkimlərin cəsur görüntüləri rezonans doğurub.
Zəlzələ baş verən zaman xəstəni əməıiyyatı aparılırmış. Güclü təkanlardan panikaya düşməyən həkimlər əməliyyatı davam etdiriblər.
Rusiya Federasiyasının Kamçatka diyarının qubernatoru Vladimir Solodov açıqlamasında bildirib ki, ən güclü təkanlar zamanı əməliyyatı dayandırmayan, soyuqqanlılığı və peşəkarlığı qoruyub saxlayan onkoloji dispanserin həkimlərinin dövlət mükafatlarının təqdim edilməsi üçün sənədlərin hazırlanmasını tapşırıb.
Belə cəsarət ən yüksək tərifə layiqdir.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat yoxdur. Bir neçə nəfər xəsarət alıb. Hazırda ciddi xəsarət alanlar qeydə alınmayıb.
https://www.youtube.com/shorts/-ZOz-vrpq84