AZ

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb

Bakı, TurkicWorld

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Cəbrayıl şəhərinə növbəti köç çatıb.

TurkicWorld -in yerli müxbirinin xəbərinə görə, bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailə olmaqla 166 nəfər köçürülüb.
Cəbrayıl şəhərinə köçürülən ailələr əsasən respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Seçilən
100
49
turkic.world

10Mənbələr