AZ

2029-da vaxtdan bir saniyə silinə bilər – Bu nə deməkdir?

2029-cu ildə Yer kürəsinin bir az sürətlə fırlanması səbəbiylə tarixdə bir ilk olaraq alimlər qlobal saatlardan bir saniyəni silmək məcburiyyətində qala bilərlər. Alimlər bu nadir hadisəyə "neqativ artıq saniyə" adını verirlər.

Alimlərin sözlərinə görə, 2020-ci ildən etibarən Yer öz oxu ətrafında əvvəlkindən daha sürətli fırlanmağa başlayıb. Bu sürət artımı nəticəsində bir günün uzunluğu təxminən 1,5 millisanə qısalıb.

Əgər bu tendensiya davam edərsə, atom saatlarını Yer kürəsinin fırlanması ilə uyğun saxlamaq üçün əvvəllər vaxta əlavə olunan "artıq saniyələrin" əksinə olaraq, "mənfi artıq saniyə" ilə qarşılaşacağıq.

Bu dəyişiklik, Yer kürəsinin daxili nüvəsində baş verən mürəkkəb prosesləri və əriməkdə olan qütb buzlaqlarının səbəb olduğu kütlə bölgüsünü əks etdirir.

Bu tənzimləmənin baş verməsi hələ dəqiqliklə müəyyən olunmasa da, zamanı necə ölçdüyümüz baxımından mühüm bir dönüş nöqtəsi ola bilər.

Həmidə İbrahimova

Seçilən
3
olke.az

1Mənbələr