AZ

Qvatemalada 6 bal gücündə zəlzələ baş verib

Bakı, TurkicWorld

Qvatemalada 6 bal gücündə zəlzələ baş verib. 1 nəfər ölüb, onlarla bina dağılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniyanın Yer Elmləri Araşdırma Mərkəzi məlumat yayıb.

Qvatemalada yerli vaxtla qeydə alınan 6 bal gücündə zəlzələ bölgədə ciddi dağıntılara səbəb olub. Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib.

Təbii fəlakət nəticəsində azı 1 nəfər həyatını itirib, 20-dən çox bina tamamilə dağılıb.

Rəsmilər bildiriblər ki, yerli icmalar arasında San Migel kəndi zəlzələdən ən çox zərər görən yaşayış məntəqəsi olub.

Qeyd edək ki, Qvatemala Milli Bələdiyyə və Departament Yanğınsöndürənlər Assosiasiyası bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb. Hazırda mümkün təkrar təkanlar və ikinci dərəcəli risklər səbəbilə əhalidən ehtiyatlı olmaları istənilib.

Seçilən
12
5
turkic.world

6Mənbələr