AZ

Azərbaycanlı hakim UEFA Superkuboku uğrunda oyuna təyinat alıb

Bakı, 30 iyul, AZƏRTAC

FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, o, UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasının dördüncü hakimi olacaq. Oyunu portuqaliyalı Joau Pedro Silva Pineyro idarə edəcək.

Görüş avqustun 13-də İtaliyanın Udine şəhərində yerləşən “Fruili” stadionunda keçiriləcək.

Seçilən
30
43
azertag.az

10Mənbələr