AZ

"ChatGPT"dən tələbələrə YENİ FUNKSİYASI: "İşlə və öyrən" funksiyası

Ajans.az xəbər verir ki, "OpenAI" "ChatGPT"ə  "Çalış və Öyrən" adlı yeni rejim / funksiya əlavə etdi. Burada tələbələr sadəcə cavab almaqdan daha çox düşünməyi öyrənə bilərlər. Bu rejim aktiv olduqda, "ChatGPT" suallara dərhal cavab vermək yerinə, tələbələrin mövzunu anlaması üçün suallar verir. "Çalış və öyrən" rejimi hazırda "ChatGPT" istifadə edən hər kəs üçün əlçatandır (o cümlədən pulsuz, Plus, Pro və Komanda planları). "OpenAI" tezliklə bu funksiyanı məktəblər vasitəsilə qruplar şəklində "ChatGPT" istifadə edən tələbələr üçün genişləndirməyi planlaşdırır. "Çalış və Öyrən" rejimi ilə təhsil çox asandır: "OpenAI"nin bu addımı "ChatGPT"ni sadəcə "ev tapşırığını həll etmək" üçün alətdən əsl öyrənmə vasitəsinə çevirmək səylərinin bir hissəsidir. Bəzi araşdırmalar "ChatGPT"ni yalnız sürətli cavablar üçün istifadə edən tələbələrin beyin fəaliyyətinin aşağı olduğunu göstərmişdir. Şirkət bu durumu aradan qaldırmaq istəyir.  "ChatGPT" ilk dəfə istifadəyə veriləndə, bəzi məktəblərdə köçürülmə halları baş verdiyi üçün dərhal istifadəsini qadağan edildi. Lakin zaman keçdikcə məktəblər və müəllimlər bu texnologiyanı yeni dövrün zəruriliyi kimi qəbul etməyə başladılar. İndi "OpenAI" bu yeni rejimlə "ChatGPT"ni təhsilə inteqrasiya etməyə çalışır.
"ChatGPT"nin yeni "Çalış və Öyrən" rejimindən istifadə etmək üçün sadəcə olaraq yeni söhbət açın və Alətlər bölməsindən yeni rejimi seçin.

"OpenAI" həmçinin bu yeni rejimin bu sahədə ilk addımı olduğunu və "ChatGPT"nin təhsildə necə istifadə edildiyini daha yaxından araşdırmağı və gələcəkdə yeni funksiyalar təqdim etməyi planlaşdırdıqlarını vurğulayıb

Seçilən
13
Ajans.az

1Mənbələr