AZ

Azərbaycanda ölümün əsas səbəbləri: ürək, xərçəng, travma…

Azərbaycanda 2024-cü ilin statistikasına əsasən, ölüm hallarının əsas səbəbləri məlum olub. 


Sfera.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ən çox həyatını itirməsinə səbəb olan xəstəliklər sırasında birinci yerdə qan-dövranı sistemi xəstəlikləri dayanır.


Statistikaya əsasən, 2024-cü ildə əhalinin hər 100 min nəfərindən 326,3 nəfəri məhz bu xəstəliklər səbəbilə dünyasını dəyişib. İkinci yerdə yenitörəmələr - yəni xərçəng və digər onkoloji xəstəliklər gəlir. Onlardan ölüm göstəricisi hər 100 min nəfərə 94,9 nəfər təşkil edib.


Üçüncü yerdə isə klinik və laborator müayinələr zamanı aşkarlanmış simptomlar və əlamətlər dayanır. Bu səbəbdən ölüm halları hər 100 min nəfərə 36,5 nəfər olub.
Digər yerdə isə travmalar, zəhərlənmələr və digər xarici təsirlərin nəticələri yer alır. Bu kateqoriyada ölüm səviyyəsi 100 min nəfərdən 26,6 nəfər olaraq qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin ilk iki ayında ölkədə ümumilikdə 10 461 ölüm halı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə artım olduğunu göstərir. Belə ki, əhalinin hər 1000 nəfərinə düşən ölüm sayı 6,2-dən 6,3-ə yüksəlib.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
8
sfera.az

1Mənbələr