AZ

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb (FOTO)

Cəbrayıl.Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasənCəbrayıl şəhərinə növbəti köç çatıb.

Trend-in yerlimüxbirinin xəbərinə görə, bu mərhələdə Cəbrayıl şəhərinə 44 ailəolmaqla 166 nəfər köçürülüb.
Cəbrayıl şəhərinə köçürülən ailələr əsasən respublikanın müxtəlifərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50mindən çox insan yaşayır.

Növbəti
Növbəti
Növbəti
Seçilən
116
49
az.trend.az

10Mənbələr