AZ

Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 9 ünvanında yaşayan İsmayılov Bəkir İsrafil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Emin Məmmədov adlı şəxs onu aldadaraq, pulunu mənimsəyib:

"Mən, İsmayılov Bəkir İsrafil oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, 2024-cü il, iyun ayının 4-də Məmmədov Emin Rahil oğlundan iş təklifi aldım. 8 Noyabr prospektində binaların təmirində işə başladım. İşin sonunda payıma düşən 1950 manatdan mənə cəmi 500 manat pul verdi. Qalan hissəni isə vermədi.

1 ildir "pulunu verəcəm" deyir, amma vermir. O pul mənim halal əziyyətimin qarşılığıdır. Amma günü-günə sataraq vermir".

Məsələ ilə bağlı Məmmədov Emin Rahil oğlu ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
35
hurriyyet.az

1Mənbələr