Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov şahmat böyük oğlu, Çeçenistanın bədən tərbiyəsi və idman naziri Axmat Kadırovu məğlub edib.
Son vaxtlara qədər 19 yaşlı Axmat Kadırov “Axmat” klubunun prezidenti postunu tuturdu.
Publika.az xəbər verir ki, Kadırov bu barədə sosial şəbəkədə yazıb.
“Mən Çeçenistan Respublikasının idman və bədən tərbiyəsi naziri Axmat Kadırovla şahmat üzrə yoldaşlıq görüşü keçirdim. Açılış kifayət qədər kəskin, aktiv fiqur mübadiləsi ilə keçdi, baxmayaraq ki, biz vaxt məhdudiyyəti olmadan oynadıq. Və təbii ki, mən qalib gəldim. İndi revanş oyununa hazırlaşacağıq”, – Kadırov qeyd edib.