Nigeriyalı ulduz hücumçu Viktor Osimhen özünə Türkiyədə villa alacaq.
Far.Az xəbər verir ki, onun "Kemer Country"də lüks villa axtarışına çıxdığı bildirilib.
Osimhenin yeni evi 8 otaqdan və böyük hovuzdan ibarət olacaq. Futbolçu Maurio İkardi ilə qonşu olacaq.
İstanbuldan uzaqda lakin prestijli ünvanda yerləşən villaların qiyməti 150- 625 milyon lirə arasında dəyişir. (təxminən 6 milyon 285 000 AZN - 26 milyon 187 000 AZN )
Xatırladaq ki, o ötən mövsüm Maçkadakı bir rezidensdə qalıb.