AZ

Aleksandr Usik - müasir dövrün ən güclü boksçusu

Nüfuzlu “The Ring” jurnalı çəki dərəcəsindən asılı olmayaraq (P4P) müasir dövrün ən güclü boksçularının yenilənmiş reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, superağır çəkidə dünya çempionu Aleksandr Usik (24–0, 15 KO) yenə liderliyini davam etdirir.

İyulun 20-nə keçən gecə ukraynalı boksçu britaniyalı Daniel Dyubuanı nokauta salaraq bu idman növündəki bütün ən nüfuzlu kəmərlərə (WBC, WBO, WBA və IBF) sahib çıxıb.

İkinci yerdə Yaponiyadan olan mütləq dünya çempionu Naoya İnoue qərarlaşıb, ilk "üçlüy"ü isə amerikalı Terens Krouford tamamlayır. Artıq sentyabrda ABŞ təmsilçisi meksikalı Saul Alvaresi məğlub edə bilsə, mövqeyini daha da yaxşılaşdıra bilər.

Yenilənmiş reytinqdə yalnız bir dəyişiklik olub – WBC və WBO kəmərlərinin sahibi yaponiyalı Dzyunto Nakatani amerikalı Cessi Rodrigesi geridə qoyaraq altıncı yerə yüksəlib.

“The Ring” jurnalının versiyasına görə (iyul 2025) müasir dövrün ən güclü boksçuları:

1. Aleksandr Usik (Ukrayna)
2. Naoya İnoue (Yaponiya)
3. Terens Krouford (ABŞ)
4. Dmitri Bivol (Rusiya)
5. Artur Beterbiyev (Rusiya)
6. Dzyunto Nakatani (Yaponiya)
7. Cessi Rodriges (ABŞ)
8. Saul Alvares (Meksika)
9. Ken Şiro (Yaponiya)
10. Şakur Stivenson (ABŞ)

İdman.biz

Seçilən
1
idman.biz

1Mənbələr