Bu gün ABŞ Mərkəzi Bankı (FED) Bakı vaxtı ilə saat 22:00-da faiz qərarını açıqlayacaq. Bakı vaxtı ilə saat 22:30-da isə FED sədri Jerome Powell-in mətbuat konfransı başlayacaq.
Marja.az xəbər verir ki, iki günlük iclasın sonunda FED-in faiz dərəcələrini 4,25% - 4,50% aralığında dəyişməz saxlayacağı gözlənilir. Bir sıra analitiklər aşağı borclanma xərclərinə üstünlük verən bəzi mərkəzi bank rəsmilərinin fərqli fikirlər səsləndirə biləcəyini proqnozlaşdırırlar.
FED sədri Jerome Powell, ABŞ prezidenti Donald Trampın faizləri azaltmaq üçün təzyiqi altındadır.
İnvestorlar bir sıra mərkəzi bank qərarlarını, iqtisadi hesabatları, şirkətlərin maliyyə nəticələrini, eləcə də ABŞ Prezidenti Donald Trampın 1 avqust tarif tarixini gözləyirlər.
Yaponiya Mərkəzi Bankı (BoJ) cümə axşamı faiz qərarını açıqlayacaq. BoJ-ın faizni dəyişməz saxlayacağı gözlənilir.